Azərbaycanda nağd pulun həcmi artıb

Azərbaycanda nağd pulun həcmi artıb
Azərbaycanda manatla geniş mənada pul kütləsinin (M2 aqreqatı) həcmi 2019-cu ilin iyul ayının 1-nə 15 834,3 mln. manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 8,1%, ötən ilin müvafiq dövrünə nisbətən isə 38,5% çoxdur.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumatına görə, iyulun 1-nə ölkədə banklardan kənarda nağd pulların həcmi (M0 aqreqatı) ilin əvvəlindən 774,9 mln. manat və ya 10,2% artaraq 8 376,3 mln. manat təşkil edib. Eyni zamanda, ötən ilin analoji dövrünə nisbətən nağd pulların həcmi 1 601,9 mln. manat və ya 23,6% artıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
535 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...