Ruhi-əqli problemi olan şəxs "102"yə zəng etdi - “Nazirliyin qarşısına bomba qoyulub”

Ruhi-əqli problemi olan şəxs "102"yə zəng etdi -

Gecə Bakının Səbail rayonunda bir neçə qəribə hadisə baş verib.

Səbail Rayon Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, avqustun 5-i saat 22:40-da “102” telefon xidmətinə zəng edən kişi bəyan edib ki, Daxili İşlər Nazirliyinin binası qarşısına partlayıcı qurğu qoyulub. Lakin məlumat təsdiqini tapmayıb.

Əməliyyatçılar zəng edən kişinin şəxsiyyətini müəyyənləşdiriblər. Bu, Novxanı qəsəbəsində yaşayan 1974-cü il təvəllüdlü Qalib Qəribovdur. Onun ruhi-əqli problemi olduğu müəyyən edilib.

Polis kişini psixiatriya xəstəxanasına yerləşdirmək məqsədilə həkim briqadası çağırıb. Lakin Q.Qəribov bundan xəbər tutan kimi qaçıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları “telefon terrorçusu”nu axtarırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
526 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...