İldə təxminən 700 həkim bu ölkədən gedir - RƏSMİ

İldə təxminən 700 həkim bu ölkədən gedir -

Dəyərləndirmələrə əsasən, ildə təxminən 700 həkim İrandan gedir.

Trend-in məlumatına görə, bunu İranın Tibb Təşkilatının baş direktoru doktor Məhəmməd Rza Zərəfqəndi deyib.

M.Zəfərqəndinin sözlərinə görə, İrandan gedən həkimlərin təxminən 400-ü ümumi həkim, 300-350-si isə mütəxəssis həkimdir.

Zəfərqəndi əlavə edib ki, əlbəttə bu tam statistika deyil, çünki təşkilat bütün məlumatları əldə edə bilmir: “İranın Tibb Təşkilatında təxminən 85 min ümumi həkimin tibbi fəaliyyəti ilə bağlı qeydiyyat nömrəsi var. Lakin onların təxminən 40 min nəfəri işləmək lisenziyası alıb”.

Təşkilat rəsmisi bildirib ki, buna əsasən həkimlərin bir hissəsi ya başqa peşələrlə məşğul olur, ya da ölkədən çıxıblar: “Statistika və standartlara əsasən, İranda həkim çatışmazlığı yoxdur. Lakin problem budur ki, İranın müxtəlif bölgələrində, o cümlədən məhrum bölgələrdə (iqtisadi və sair sahələrdə zəif olan bölgələrə İranda məhrum bölgələr deyilir) səhiyyə şəraiti və tibb işçilərinin işə götürülməsi təmin edilməyib”.

Zəfərqəndi vurğulayıb ki, hesablamalara əsasən, bir tibb tələbəsinin yetişdirilməsi üçün 8-10 milyard rial (təxminən 190-238 min dollar) vəsait xərclənir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
550 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...