İcra başçısı səyyar qəbul keçirdi - FOTOLAR

İcra başçısı səyyar qəbul keçirdi -

Avqustun 7-də saat 15-00-da Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin növbəti səyyar qəbulu Əhmədli kəndində olub.

Qəbulda Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Görüşdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev kənd sakinlərinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində Prezident cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələr haqqında geniş məlumat verib, həyata keçirilən tədbirlər barədə danışıb, kənd təsərrüfatının ayrı-ayrı sektorlarının, o cümlədən turizmin inkişafı istiqamətində ərazidə görüləcək işlərdən söz açıb.

Rayon rəhbəri xüsusilə vurğulayıb ki, ötən dövrlərdə Əhmədli kəndinin də yerləşdiyi ərazi vahidliyində xeyli abadlıq-quruculuq işləri görülmüşdür.

Qəbulda sakinlər tərəfindən rayon mərkəzindən kəndə gələn avtomobil yolunun asfaltlaşdırılması, əlavə içməli su və təbii qaz xəttinin çəkilməsi, nasaz elektrik dirəklərinin dəyişdirilməsi və digər şəxsi məsələlər qaldırılıb.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlərin müraciətlərinin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib, bəzilərinin icrası isə nəzarətə götürülüb.

Kənd sakinləri vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.
İcra başçısı səyyar qəbul keçirdi -
İcra başçısı səyyar qəbul keçirdi -
İcra başçısı səyyar qəbul keçirdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
557 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...