Dövlət orqanlarında çalışan bu işçilərin maaşları artırıldı

Dövlət orqanlarında çalışan bu işçilərin maaşları artırıldı

Dövlət orqanlarında çalışan, dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

BAKU.NEWS-un məlumatına görə, bununla əlaqədar Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarda dəyişiklik edib.

Qərara görə, ali kateqoriya dövlət orqanlarında vəzifə maaşları 310 (əvvəl 220) manat, 1-ci kateqoriya dövlət orqanlarında vəzifə maaşları 295 (əvvəl 210) manat, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında vəzifə maaşları 280 (əvvəl 200) manat, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında vəzifə maaşları 260 (əvvəl 180) olub.

Qərar sentyabrın 1-dən qüvvəyə minir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
558 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...