Azərbaycan millisinin futbolçusu İspaniyada klubunu dəyişib

Azərbaycan millisinin futbolçusu İspaniyada klubunu dəyişib

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov İspaniya çempionatının I Divizonunda çıxış edən “Alkorkon”u tərk edib.
“Report” “Marca”ya istinadən xəbər verir ki, hazırkı klubu ilə 2020-ci ilin iyulunadək müqaviləsi olan 27 yaşlı yarımmüdafiəçi eyni liqada yer alan “Albasete”yə keçib. Onun transferi ilə bağlı klublar arasında razılıq əldə olunub.
İsrafilovun bu gün “Albasete”nin oyunçusu kimi ictimaiyyətə təqdim ediləcəyi bildirilir.
Qeyd edək ki, İsrafilov “Alkorkon”a ötən ilin yanvarında “Ximnastik”dən keçib. Lakin komandanın yeni baş məşqçisi Fren Fernandes yarımmüdafiəçinin xidmətində maraqlı olmadığı üçün onun adını Marbelyadakı təlim-məşq toplanışı üçün 23 nəfərlik heyətə daxil etməyib.
Milli üzvü daha əvvəl İspaniyanın digər təmsilçiləri - “Kadis”, “Mursiya”, “Qranada”, “Eybar” və “Kordoba”nın formasını geyinib. İsrafilovun atası anqolalı, anası azərbaycanlıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
516 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...