KİV: Səudiyyə Ərəbistanındakı “Aramco”nun obyektləri hücuma məruz qalıb

KİV: Səudiyyə Ərəbistanındakı “Aramco”nun obyektləri hücuma məruz qalıb

Yəməndə fəaliyyət göstərən Huti (Ənsər Allah) islamçı hərəkatının silahlı dəstələri Səudiyyə Ərəbistanının şərq sərhədləri yaxınlığlındakı Şəybah neft yataqlarında yerləşən “Saudi Aramco” dövlət neft şirkətinə məxsus neftayırma müəssisəsinə və neft anbarına on dronla hücum edib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü onlara məxsus “Əl Məsirəh” televiziyasına bildirib.
Hərəkat nümayəndəsi bu əməliyyatı Səudiyyə Ərəbistanı başçılığı ilə ərəb koalisiyasının Yəməndəki daxili müharbəyə müdaxilə etdiyi 2015-ci ilin mart ayından etibarən bu ölkənin dərinliyində ən böyük hücum olaraq dəyərləndirib: “Səudiyyə rejimi və təcavüzkar qüvvələri təcavüzkarlığına davam edərlərsə, daha böyük və geniş əməliyyatlar keçirəcəyəmizi bilməlidirlər”.
Səudiyyə rəsmiləri və "Saudi Aramco" nümayəndələri bu məlumatı şərh etməyiblər.
Xatırladaq ki, Huti hərəkatı tərəfindən 2014-cü ilin sonunda paytaxt Sənaadan vurub çıxarılan Yəmən hökumətini bərpa etmək məqsədilə ərəb koalisiyası 2015-ci ildən bu ölkə ərazisində hərəkata qarşı müharibə aparır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
544 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...