Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsindən azad edilib

Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsindən azad edilib
Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru işdən çıxarılıb.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, bununla bağlı Kənd Təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalayıb.

Mətləb Ağakərim oğlu Kərimov öz ərizəsi əsasında vəzifəsindən azad olunub.

Qeyd edək ki, M.Kərimov 2016-cı ildən Kürdəmir rayon Kənd Təsərrüfatı İdarəsinin, qurumun adı dəyişdikdən sonra isə Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışırdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1056 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...