Sahibsiz itlər “AAAF Park” sakinlərini evə “həbs etdi” - VİDEO

Sahibsiz itlər “AAAF Park” sakinlərini evə “həbs etdi” -

Xırdalanda yerləşən “AAAF Park” yaşayış kompleksinin sakinləri binalarının ətrafında dolaşan saysız-hesabsız sahibsiz itlərdən şikayətçidir.

Şikayətçilər tərəfindən “Qafqazinfo”ya göndərilən videoda 10-dan çox sahibsiz itin kompleksin ərazisində sürü halında gəzdiyi görünür. Onlar daha çox heyvanların uşaqlara, eləcə də yaşlı insanlara hücum edəcəyindən qorxur.

“Qafqazinfo” məsələ ilə bağlı “AAAF İnşaat” MMC-nin mətbuat katibi Kənan Məstəliyevlə əlaqə saxlayıb. O, məsələdən xəbərdar olduğunu vurğulayıb.

“Biz şirkət olaraq sahibsiz itlərlə məşğul olan müvafiq dövlət qurumlarına rəsmi şəkildə dəfələrlə müraciət etmişik. Onlar lazımi formada tədbir görməyib”, - deyə Məstəliyev qeyd edib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
545 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...