Bərdədə 2 il əvvəl işdən çıxarılan rəis yenidən vəzifəsinə qaytarılıb

Bərdədə 2 il əvvəl işdən çıxarılan rəis yenidən vəzifəsinə qaytarılıb
Bərdə Rayon Elektrik Şəbəkəsinə yeni rəis təyin edilib.
"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, "Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə Vidadi Babayev gətirilib. Bu barədə ASC-nin sədri Baba Rzayev müvafiq əmr imzalayıb. Rayon Elektrik Şəbəkəsinin əvvəlki rəisi Fərid Daşdəmirli bir müddət əvvəl tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, yeni rəis V.Babayev əvvəllər Bərdə Rayon Elektrik Şəbəkəsinin rəisi olub. O, 2017-ci ildə Bərdə Rayon Elektrik Şəbəkəsinin rəisi vəzifəsindən azad olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
559 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...