Qurban Yetirmişli Türkiyəyə gedib

Qurban Yetirmişli Türkiyəyə gedib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Türkiyəyə səfərə gedib.
RSXM-in İnformasiya şöbəsindən "Report"a bildirilib ki, o, səfər çərçivəsində 19 avqust 1999-cu il Kocaeli və 12 noyabr 1999-cu il Düzce Şərqi Mərmərə Zəlzələlərinin 20 illiyinə həsr olunan VI Beynəlxalq Zəlzələ Simpoziumunda iştirak edir.
Tədbir Düzce Universiteti, Sakarya Universiteti, Yalova Universiteti, Gebze Texniki Universiteti, Kocaeli Hökümət Evi, Kocaeli Böyükşəhər Bələdiyyəsi, AFAD və MARKA-nın tərəfdaşlığı ilə Kocaeli Universitetində keçirilir.
Simpoziumda seysmologiya sahəsi ilə məşğul olan alimlər, memarlar, mühəndislər, təhsil işçiləri, səhiyyə işçiləri, hüquq və ictimai elm adamları, idarəçilər və yardım agentlikləri daxil olmaqla yerli və qlobal maraqlı tərəflər arasında zəlzələ ilə əlaqədar müzakirələr aparılıb. VI Beynəlxalq Zəlzələ Simpoziumu işini sentyabrın 27-də başa vuracaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
586 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...