Bakıda ana və körpəsi doğuş zamanı öldü

Bakıda ana və körpəsi doğuş zamanı öldü
Bakıda 32 yaşlı qadın doğuş zamanı ölüb.

"Gundeminfo" Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisindəki 7 saylı doğum evində baş verib.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan, 1987-ci il təvəllüdlü Manıyeva Ramilə İmadəddin qızı "39 həftə 4 gün hamiləlik, doğuşun birinci dövrü" diaqnozu ilə doğum evinə gətirilib. Doğuş zamanı qadının bətnindəki döl tələf olub. Hadisə zamanı qadın şoka düşərək dünyasını dəyişib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
495 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...