Əhalinin orta yaş həddi nəzərə alınıbmı? - Pensiya yaşı artırılır

Əhalinin orta yaş həddi nəzərə alınıbmı? -

Xəbər verdiyimiz kimi, Azərbaycanda gələn il üçün kişilərin və qadınların pensiya yaşı daha 6 ay artacaq. Belə ki, 1 iyul 2018 – 30 iyun 2019-cu il tarixində kişilərin pensiya yaşı 64, qadınların isə 61 olacaq.

Bu barədə “Yeni Sabah”a danışan iqtisadçı ekspert Akif Nəsirli dünyadada son zamanlar pensiya yaşının qaldırılması tendensiyasının müşahidə olunduğunu deyib:

"Amma məsələ burasındadır ki, yaş həddinin qaldırılması nəzəri əsaslara söykənməlidir. Avropa ölkələrində yaş həddi hazırda ildən-ilə qaldırılır. Bəzi ölkələrdə artıq pensiya yaşı 67-yədək qaldırılıb. Lakin həmin ölkələrdə əhalinin orta yaş həddi yüksəkdir. Tutaq ki, beynəlxalq səviyyədə belə qəbul edilib ki, pensiya yaşı orta yaş həddinə 10 il qalmış təyin olunsun. Deyək ki, orta yaş həddi 74-dürsə, pensiya yaşı 64 yaş olsun. Azərbaycanda orta yaş həddi süni şəkildə qaldırılır. Hazırda Azərbaycan əhalisinin orta yaş həddi 60-70 yaş arasındadır. Bunu dəqiqləşdirmək lazımdır, bunun üçün də dəqiq statistika vacibdir. Dəqiq statistikanın QHT tərəfindən və ya vətəndaş vəmiyyəti tərəfindən aparılması isə mücərrəddir".

Qeyd edək ki, "Əmək pensiyaları haqqında” qanuna edilmiş sonuncu dəyişikliklərə görə, kişilərin və qadınların pensiya yaşı dəyişdirilib.

Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq müəyyənləşdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...