Qarabağ üzrə vasitəçilər Paşinyanla danışıqlarda

Qarabağ üzrə vasitəçilər Paşinyanla danışıqlarda

Ermənistanın baş naziri Nikol Paşinyan regionda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli müzakirə olunub, tərəflər arasında etimadın yaradılması kontekstində atəşkəs rejiminin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin, xalqları sülhə hazırlamağın vacibliyi məsələsinə də toxunulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
518 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...