Azərbaycana avtomobil idxalı 2 dəfəyə yaxın artıb

Azərbaycana avtomobil idxalı 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 30 908 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 526 ədəd və yaxud 88,7% (2 dəfəyə yaxın) çoxdur.

Son bir ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 261 ədəd və ya 3,4 dəfə artaraq 371 ədəd, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 13 145 ədəd və ya 1,9 dəfə artaraq 27 825 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 1 090 ədəd və ya 1,7 dəfə artaraq 2 597 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 30 ədəd və ya 1,35 dəfə artaraq 115 ədəd olub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
41 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...