Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı təkliflər hazırlayır

Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı təkliflər hazırlayır

Ədliyyə Nazirliyi, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi və digər müvafiq qurumları hazırda bələdiyyələrin fəaliyyətinin daha da səmərəliliyinin artırılması, təkmilləşdirilməsi istiqamətində davamlı iş aparılır.

APA-nın məlumatına görə, bunu bu gün MDB PAA İştirakçısı Olan Dövlətlərdə Demokratiyanın, Parlamentarizmin İnkişafı və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialının təşkilatçılığı ilə “Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda yerli özünüidarəetmə orqanlarının rolu” mövzusunda keçirilən seminarda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi vəzifəsini icra edən Rəhman Məmmədov bildirib.

R. Məmmədov deyib ki, bələdiyyələrdə kargüzarlıq, arxiv işinin qanunvericiliyin tələblərinə uyğun aparılması, bələdiyyələrin icra aparatının onların maliyyə imkanlarına, fəaliyyət həcmlərinə mütənasib qurulması, eləcə də öz müəssisələrini yaratmaqla sahibkarlığın inkişafına, əhalinin məşğulluğunun təmin edilməsində iştirakının genişləndirilməsi istiqamətində davamlı iş aparılır: “Həmçinin yerli vergi və ödənişlərin hesablanması, yerli büdcəyə ödənilməsi ilə bağlı məsələləri tənzimləyən qanunvericilik aktları təhlil edilərək bu sahədə mexanizmin təkmilləşdirilməsi, bələdiyyələrin təsir imkanlarının artırılması istiqamətində təkliflər hazırlanır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
532 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...