Görüntüləri yayılan məşhur həkim: Məsələni böyütməyin, uşaq deyiləm...

Görüntüləri yayılan məşhur həkim:
"Yayılan videoda gördüyümüz hadisələr xəstənin şəxsi istəyi ilə baş verib və heç bir məcburiyyət olmayıb. Ultrasəs və biopsiya heç vaxt steril şəraitdə aparılmır, bunun üçün əməliyyat otağında olmalıyam. Mən əməliyyat həkimi deyiləm".

Gundeminfo.az xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında pasiyentini prosedur zamanı videoya çəkən və sözügedən görüntülərə görə tənqid olunan mammoloq-radioloq Günel Qəmbərova deyib.

O qeyd edib ki, prosedurun qeyri-steril şəraitdə aparılmasında heç bir problem yoxdur:

"Mən mammoloq-radioloqam, prosedurlar heç vaxt steril şəraitdə aparılmır, buna ehtiyac da yoxdur. İstifadə edilən əlcək belə steril deyil, əməliyyat əlcəklərindən fərqli olaraq bu, tibbi əlcəkdir. Əlcəyi də ona görə taxıram ki, pasiyentdə dəri xəstəliyi olsa, mənə keçməsin.

Mən süd vəzi həkimiyəm. 2014-cü ildən bu günə qədər süd vəzi prosedurlarını aparıram. Xəstələrin üzünü həmişə bağlamışam. Radioloq əməliyyat həkimi deyil. Qadının görüntüsünü isə özü istədiyi üçün paylaşmışıq. Xəstə ultrasəs müayinəsindən qorxurdu, dedi ki, istəyirəm, ərimin acığına o mahnını qoyub oynayasınız. Yerə düşən iynəni isə biz təkrar istifadə etmirik.

Tibb Universitetində 17 illik müəlliməm, tələbələrim var, məsələni böyütməsinlər. Dünənin uşağı deyiləm, beynəlxalq təcrübəm var. Azərbaycandan ABŞ-yə gedən ilk radioloqam. Tələbələrim Azərbaycanda və dünyada tanınmış həkimlərdir", - deyə G.Qəmbərova qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
147 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...