Qabiliyyət imtahanı komissiyalarından biri ləğv edilib

Qabiliyyət imtahanı komissiyalarından biri ləğv edilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, komissiyanın əmrinə əsasən xüsusi qabiliyyət tələb edən ixtisasların istiqamətləri üzrə müvafiq qabiliyyət imtahanı komissiyaları yaradılıb.

Qabiliyyət imtahanı komissiyaları Bədən tərbiyəsi və idman və Musiqi sənəti üzrə 2 ünvanda fəaliyyət göstərəcək: Bədən tərbiyəsi və idman ixtisası üzrə Gəncə şəhərindəki Azərbaycan Texnologiya Universitetində ("Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı" – komissiya 66), Musiqi sənəti üzrə TQDK-nın Lənkəran Regional bölməsində ("Musiqi sənəti" – komissiya 34 (orta ixtisas təhsili müəssisələri).

Həmin əmrə əsasən teatr, kino və xoreoqrafiya sənətləri istiqaməti üzrə Bakı şəhərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (“Səda” Tədris Teatrı) orta ixtisas təhsili müəssisələri üçün yaradılmış “Bədii yaradıcılıq” – komissiyası (54 orta ixtisas təhsili müəssisələri) ləğv edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1338 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...