Rusiyada yol qəzasında azərbaycanlı sürücü öldü

Rusiyada yol qəzasında azərbaycanlı sürücü öldü

Rusiyanın Volqoqrad vilayətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azərbaycanlı yük maşını sürücüsü ölüb.

Trend-in məlumatına görə, 64 yaşlı sürücü “Volvo” markalı yük maşınından düşüb yol keçərkən onu minik maşını vurub.

Sürücü aldığı xəsarətlərdən yerindəcə keçinib.

Qeyd olunur ki, həmin şəxs Azərbaycana məxsus nəqliyyat şirkətində sürücü işləyib və Rusiya ərazisindən keçməklə Qazaxıstandan Azərbaycana qayıdırmiş.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
491 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...