Bu gün Nizami rayonunda 5 növdə 1200 ədəd ağac əkildi

Bu gün Nizami rayonunda 5 növdə 1200 ədəd ağac əkildi

Nizami rayonunda dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib

06 dekabr 2019-cu il tarixində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ilə ölkədə keçirilən ağacəkmə aksiyası çərçivəsində Nizami rayonunda da 5 növdə 1200 ədəd ağac əkilib.

Ağacəkmə kampaniyasında Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının, rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, rayon məktəbliləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ağacəkmə kampaniyasında 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri konsert proqramı ilə çıxış ediblər, həmçinin tədbir boyunca Nəsiminin qəzəllərindən ibarət kompozisiya, xalq çalğı alətlərinin ifasında musiqilər səsləndirilib.

Qeyd edək ki, rayonda R.Rüstəmov küçəsi boyunca və Ə.Vəliyev küçəsi 11 ünvanında Eldar şamı, kiparis, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik təsərrüfatında yetişdirilən əncir, nar və badam ağacları əkilib.

Ekoloji problemlərin aradan qaldırılması sahəsində ölkə rəhbərliyinin apardığı davamlı siyasətə uyğun olaraq rayon ərazisində yaşıllıq zolaqlarının qorunması və salınması prosesi daimi həyata keçirilir. Xüsusən də yolkənarı ərazilərdə atmosfer havasının çirklənmədən qorunması, eləcə də nəqliyyatın hərəkətində yaranan səs-küyün azaldılması məqsədilə yolqoruyucu yaşıllıqlar salınır və mühafizəsi istiqamətində zəruri tədbirlər görülür.

Bu gün Nizami rayonunda 5 növdə 1200 ədəd ağac əkildi
Bu gün Nizami rayonunda 5 növdə 1200 ədəd ağac əkildi
Bu gün Nizami rayonunda 5 növdə 1200 ədəd ağac əkildi
Bu gün Nizami rayonunda 5 növdə 1200 ədəd ağac əkildi
Bu gün Nizami rayonunda 5 növdə 1200 ədəd ağac əkildi
Bu gün Nizami rayonunda 5 növdə 1200 ədəd ağac əkildi
Bu gün Nizami rayonunda 5 növdə 1200 ədəd ağac əkildi

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
162 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...