"Bütün suallar və sorğular 24 saat fasiləsiz olaraq cavablandırılıb" - Bakı polisi

"Bütün suallar və sorğular 24 saat fasiləsiz olaraq cavablandırılıb" -
Media nümayəndələri məlumat əldə etmək, informasiyanı dəqiqləşdirmək üçün müxtəlif ünvanlara müraciət edirlər. Belə ünvanlar arasında dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyəti, onlara ünvanan çeşidli suallar diqqət çəkir. Mövzu ilə bağlı “Report”un sorğusuna cavab olaraq, Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, 2019-cu ildə jurnalistlər tərəfindən daxil olan bütün suallar və sorğular 24 saat fasiləsiz olaraq cavablandırılıb.
Onun sözlərinə görə, müəyyən suallar olub ki, araşdırma tələb etdiyi üçün müvafiq idarə, şöbə və bölmələrlə dəqiqləşdirilmə aparılmaqla ictimayyətin diqqətinə çatdırılıb:
"Daxil olan sualların əksər hissəsi jurnalistlərin sosial şəbəkələrdən əldə etdiyi informasiyalar olub ki, onların da hər biri diqqətlə öyrənilərək araşdırılıb. Heç bir sual, heç bir sorğu il ərzində cavabsız qoyulmayıb. Üzərimizə qoyulan tapşırıqların icra olunmasında əsas prinsip vətəndaş məmnunluğunun, eləcə də polis-jurnalist münasibətlərinin möhkəmləndirilməsi olub.
Texnoloji inkişafın yüksək olması, sosial şəbəkələrdə informasiya yayımının sürətli olmasını nəzərə alaraq, polisin fəaliyyət sahəsində dair məlumatlar diqqətlə izlənilib, zərurət yarandıqda dərhal aydınlıq gətirilib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
466 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...