Paytaxtda qadın əcnəbi vətəndaşın avtomobilini qaçırıb

Paytaxtda qadın əcnəbi vətəndaşın avtomobilini qaçırıb


Bakıda əcnəbi vətəndaşın avtomobili oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 14-də Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş K.Kadir həmin gün saat 7 radələrində yaşadığı evin qarşısından “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı ŞBPİ, Əlahiddə Çevik Polis Alayı və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qazax rayon sakini F.Musayeva qısa müddətdə avtomobillə birgə Xırdalan şəhəri ərazisində saxlanılıb.

Araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
501 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...