Politoloq Qabil Hüseynli də PA-ya çağırıldı

Politoloq Qabil Hüseynli də PA-ya çağırıldı

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tanınmış politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli ilə təkbətək görüşüb.

Bu barədə Axar.az-a Qabil Hüseynli məlumat verib.

O bildirib ki, görüş əsnasında fikir mübadiləsi aparılıb, ölkədə siyasi plüralizmin inkişafından danışılıb:

“Mən müstəqil politoloq kimi dəvət edilmişdim. Siyasi partiya liderləri ilə görüşün gedişi, bu görüşün cəmiyyət üçün əhəmiyyəti, həmçinin sonrakı perspektivləri barədə düşüncələrimi bölüşdüm. Öz növbəmdə iqtidar-müxalifət dialoqunun müsbət bir addım olduğunu qeyd etdim. Bu kimi təşəbbüslərin bundan sonra da davam etdirilməsinin zəruriliyini vurğuladım”.

Q.Hüseynli gələcəkdə partiyalarla bu görüşlərin dəyirmi masa ətrafında yenidən baş tutmasının vacibliyini ifadə etdiyini deyib.

Qeyd edək ki, son günlər bir neçə müxtəlif pariyanın lideri PA-ya dəvət edilib və onlarla ayrı-ayrılıqda fikir mübadiləsi aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
484 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...