Əhəd Abıyev tapşırıq verdi - Daşkəsəndə kütləvi dezinfeksiya işləri aparılır

Əhəd Abıyev tapşırıq verdi -

Daşkəsən rayonunda mütəmadi olaraq həyata keçirilən geniş miqyaslı tədbirlər sırasında ərazinin sanitar vəziyyətinin yaxşılaşdırılması, əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsi vacib yer tutur.

Bunu Gundeminfo.az-a Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev deyib.

Onun sözlərinə görə, koronavirus (COVİD - 19) infeksiyasının Daşkəsən rayonu ərazisində yarada biləcəyi təhlükənin, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, o cümlədən rayon ərazisində yerləşən bütün idarə, müəssisə, təşkilat və təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçı Əhəd Abıyevin tapşırığı ilə əvvəlcədən tərtib edilən qrafik əsasında genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilir:

"Bu istiqamətdə işlərin yüksək səviyyədə təşkili üçün Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tərəfindən Daşkəsən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə, şəhər kommunal müəssisələri kombinatının rəhbərliyinə, kənd icra nümayəndələrinə aidiyyəti göstərişlər verilib, bələdiyyələr məlumatlandırılıb. Görülən işlər barədə Rayon İcra Hakimiyyətinə mütəmadi olaraq məlumatlar verilir.

İnfeksion xəstəliklərin yayılma təhlükəsini nəzərə alaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin birgə təşkilatçılığı ilə fərdi yaşayış evlərinin ərazisində, yaşayış və qeyri-yaşayış binalarında və digər ərazilərdə də dezinfeksiya işləri görülür.

Həmçinin ərazidəki konteyner meydançalarında yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə gəmiricilərə, həşəratlara və xəstəlik törədən mikroorqanizmlərə qarşı birdəfəlik kütləvi deratizasiya, dezinseksiya və dezinfeksiya işləri aparılır".

E.Əliyev deyib ki, kütləvi tədbirlərin aparılmasına dezinfeksiya bölməsinin 16 işçisi cəlb edilib:

"Görülən bütün işlər Səhiyyə Nazirliyinin respublikada dezinfeksiya tədbirləri barədə əmrinə əsasən müvafiq kimyəvi preparatlarla aparılır. Kütləvi tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam əməl olunur.

Rayon ərazində fəaliyyət göstərən 12 məktəbəqədər təhsil müəssisəsinin hamısında, o cümlədən 64 obyektdə artıq dezinfeksiya işləri başa çatdırılıb. Bu sahədə işlər davam etdirilir".


Əhəd Abıyev tapşırıq verdi -
Əhəd Abıyev tapşırıq verdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
509 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...