Paris marafonu koronavirusa görə təxirə salındı

Paris marafonu koronavirusa görə təxirə salındı

Aprelin 5-də Fransanın paytaxtı Parisdə keçirilməsi planlaşdırılan qaçış marafonu təxirə salınıb.

"Report" xəbər verir ki, bu barədə yarışın təşkilatçısı "Amaury Sport Organisation" məlumat yayıb. Bildirilib ki, Paris marafonu koronavirus epidemiyasının çox yayılmasına görə, oktyabrın 18-də baş tutacaq.

Həmçinin bu həftəsonuna nəzərdə tutulan "Harmonie Mutuelle" marafonu da baş tutmayacaq. Yarış senytabrın 6-da olacaq.

Qeyd edək ki, daha öncə Roma marafonu eyni səbəbdən ləğv olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
490 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...