Koronavirusa görə toyların təxirə salınması, yas mərasimlərinin keçirilməməsi tövsiyə olundu - RƏSMİ

Koronavirusa görə toyların təxirə salınması, yas mərasimlərinin keçirilməməsi tövsiyə olundu -

Operativ qərargah mütəxəssislər ilə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər-hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırır.

Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, adamların sıx toplaşdığı məkanlarda koronavirusa yoluxma riski yüksək olduğundan qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınmasını, yas mərasimlərinin isə kütləvi keçirilməməsini tövsiyə edib:

“Virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan hökuməti tərəfindən aparılan tədbirlərə dəstək olaraq vətəndaşlardan bir daha adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə (qoruyucu tibbi maska, xüsusi qoruyucu eynək, dezinfeksiyaedici vasitələrdən istifadə və s.) çağırırıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
488 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...