Nizami rayonunda dezinfeksiya tədbirləri geniş miqyasda davam etdirilir -

Nizami rayonunda dezinfeksiya tədbirləri geniş miqyasda davam etdirilir -

Nizami rayonunda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nizami rayonunda sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər davam etdirilir.

27 mart 2020-ci il tarixində də rayon ərazisində sanitar-dezinfeksiya işləri aparılıb, küçələr xüsusi dezinfeksiyaedici maddələrlə yuyulub, yaşayış binalarının pilləkən qəfəsələri, məhəllələrdəki uşaq-əyləncə qurğuları, idman meydançaları, istirahət parkları dezinfeksiya olunub.

Bundan əlavə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün qabaqlıyıcı tədbirlərə uyğun olaraq Rayon İcra Hakimiyyətində yaradılan müvafiq qruplar tərəfindən binalarda, ictimai yerlərdə sanitar-dezinfeksiya işlərinin mütəmadi aparılmasına nəzarət edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 26 mart 2020-ci il tarixində keçirdiyi iclasda verilən tapşırıga uyğun olaraq, rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir, habelə ərazidə sakinlərlə fərdi izahatetmə-xəbərdarlıq işləri aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
511 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...