Naxçıvan qeydiyyatında olub Bakıda yaşayanlar 190 manatı necə alsın?

Naxçıvan qeydiyyatında olub Bakıda yaşayanlar 190 manatı necə alsın?
Bakıda yaşayan Naxçıvan Muxtar Respublikası qeydiyyatında olan vətəndaşlar birdəfəlik 190 manat məbləğindəki ödənişi almaqla bağlı çətinlik yaşayıb.

Vətəndaşlar “Qafqazinfo”ya müraciətində bildirib ki, onlara ödənişi almaq üçün Naxçıvana getməli olduqları söylənilib: “Bakıda 300 minə yaxın naxçıvanlı yaşayır. Onların əksəriyyəti də Naxçıvan qeydiyyatındadır. Virusun yoluxmasının qarşısını almaq məqsədi ilə qərarlarda qeyd olunur ki, vətəndaşlar onlara yaxın məsafədə olan poçt və ya bankomatlardan ödənişi ala bilərlər. Ancaq bizə deyilir ki, Naxçıvana getməliyik”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlara işsizlik statusu Muxtar Respublikadakı məşğulluq orqanları tərəfindən həyata keçirilir:

“Ona görə də, Bakıda yaşayan Naxçıvan qeydiyyatlı vətəndaşlarımıza telefon nömrələri ilə orada yerləşən məşğulluq orqanlarına müraciət etməsi tövsiyə olunur. İşsizlik statusu müəyyən edildikdən sonra Bakıda birdəfəlik ödənişləri ala biləcəklər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
495 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...