Nizami rayonunda aztəminatlı ailələrə ərzaq yardımının göstərilməsi davam etdirilir foto

Nizami rayonunda aztəminatlı ailələrə ərzaq yardımının göstərilməsi davam etdirilir

Xüsusi karantin rejimi ilə əlaqədar olaraq Nizami Rayon İcra Hakimiyyəti tərəfindən yaşı 65-dən yuxarı olan şəxslərə, tənhalara, ahıl vətəndaşlara, imtiyazlı və aztəminatlı ailələrə davamlı olaraq ərzaq yardımları göstərilir.

23-24 aprel 2020-ci il tarixlərində Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları ümumilikdə 150 ailə olmaqla, yaşı 65-dən yuxarı olan tənha şəxslərə, imtiyazlı və aztəminatlı ailələrə baş çəkərək onlara ərzaq bağlamaları paylayıblar və sağlamlıqlarının qorunması üçün evdə qalmalarını və gigiyena qaydalarına ciddi əməl etmələrini tövsiyə ediblər.

Rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Nizami rayonunda aztəminatlı ailələrə ərzaq yardımının göstərilməsi davam etdirilir



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
448 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...