Ötən gün karantini pozan 434 sürücü cərimələndi

Ötən gün karantini pozan 434 sürücü cərimələndi
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) öÖlkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 07.05.2020-ci il saat 00:00-dan 08.05.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

BDYPİ-dən "Report"a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 07.05.2020-ci il saat 00:00-dan 08.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 434 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 49 435 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
481 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...