DİN-dən Zaqataladakı insidentlə bağlı açıqlama - VIDEO

DİN-dən Zaqataladakı insidentlə bağlı açıqlama -
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə Zaqatala rayonunda baş verən insidentlə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov “Report”un sorğusuna cavab olaraq bildirib ki, hadisə rayonun Kəpənəkçi kəndi ərazisində qeydə alınıb.

O deyib ki, Kəpənəkçi kənd sakini Cavid İsayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə bir neçə qazı vuraraq öldürüb:

“Daha sonra həmin ərazidə xidmət aparan polis əməkdaşları avtomobili saxlayıb. Araşdırma zamanı məlum olub ki, Cavid İsayev avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib. O, polis əməkdaşları ilə mübahisə edib. Sürücü barəsində protokol tərtib edilib və toplanan materiallar aidiyyəti üzə məhkəməyə göndərilib”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
538 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...