Bu ölkə Türkiyədən 6 hücum helikopteri alır

Bu ölkə Türkiyədən 6 hücum helikopteri alır

Filippin Hərbi Hava Qüvvələri Türkiyə istehsalı “Atak” hücum helikopterləri alacaq.

Axar.az xəbər verir ki, bu barədə Filippin Müdafiə naziri Delfin Lorenzana deyib.

O, ABŞ istehsalı “Apaçi” və “Viper” hücum helikopterlərinin əvəzinə Türkiyə “Atak”ı almağı planlaşdırdıqlarını bildirib:

“Çünki “Atak” daha ucuz başa gəlir. Hücum helikopterləri üçün büdcəmiz 13 milyard Filippin pesosudur. Bununla təxminən 2 ABŞ istehsalı helikopter ala bilərik. Ancaq eyni miqdardakı pula 6 “Atak” almaq olar.

Hər iki ölkənin istehsal etdiyi helikopterlər eyni gücə sahibdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
456 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...