Gürcüstanda bu il izdihamlı toylar qadağan olunacaq

Gürcüstanda bu il izdihamlı toylar qadağan olunacaq
Gürcüstanda koronavirusun yayılmasının qarşısının alınması üçün izdihamlı məclislər qadağan olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.


Onun sözlərinə görə, Gürcüstan sakinləri bəzi adətlərdən imtina etməli olacaqlar: “Bu il koronavirusla birgə yaşamaq o deməkdir ki, biz bir sıra yaxşı adətlərimizdən imtina etməliyik. Biz, xüsusən də payızda izdihamlı toy məclisləri və çoxsaylı qonaqların iştirakı ilə doğum günləri qeyd etməyi sevirik. Görünür ki, bu il biz bu adətlərdən imtina etməli olacağıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
461 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...