Nərimanovda karantin rejimi ilə bağlı mühim tədbirlər

Nərimanovda karantin rejimi ilə bağlı mühim tədbirlər

Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək məqsədilə yeni koronavirusa yoluxmanın qarşısının alınması istiqamətində Nərimanov rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış Operativ Qərargah tərəfindən növbəti tədbirlər həyata keçirilib.Rayon İcra Hakimiyyətinin vəSahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin əməkdaşları tərəfindən sakinlərin sıx olduğu yerlərdə - bank və bankomatların önündə, metro giriş və çıxışlarında, ictimai-iaşə obektlərində, poçt xidməti şöbələrinin qarşısında, dayanacaqlarda və marşrut xətti üzrə işləyən avtobuslarda kütləvi şəkildə təmənnasız 3000-dən çox tibbi maska, əlcək və broşüralar paylanılmış, rayon sakinləri ilə maarifləndirici və izahedici söhbətlər aparaq onların sağlamlıqlarının təmin olunması istiqamətində dövlət tərəfindən həyata keçirilən bütün zərururi tədbirlər izah edilmişdir.

Vətəndaşlara gigiyenik qaydalara riayət etmələrini, bu həssas zamanda hər kəsə diqqətli olmağı və tibbi maskadan istifadə etməklə onlara məsuliyyətli olmaq tovsiyə edilmiş və sosial məsafənin saxlanılmasının onların sağlamlığı üçün əhəmiyyət kəsb etdiyi barədə məlumat verilmişdir. Bildirildi ki, hər bir sakin tibbi maska taxmaqla özününvə yaxınlarının və digər ətrafda olan şəxslərin yeni koronavirusa yoluxma riskini azaldır, eyni zamanda pandemiyaya səbəb olan COVİD-19 virusunun ölkə ərazisində yayılmasının qarşısını almaqla ölkəmizin normal iş rejiminə və həyat tərzinə qayitmağına şərait yaradırlar.
O cümlədən xüsusi karantin rejimi elan olunan dövrdəHeydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi vərayon İcra Hakimiyyəti tərəfindən xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, o cümlədənAzərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərin ailələrinə və əlil olmuş şəxslərə həmçinin yaşı 65-dən yuxarı tənha yaşayan, imkansız, ehtiyacı olan vətəndaşlara dəstək olaraq 6000-dən artiq ərzaq məhsullarından ibarət sovqat paylanılıb.Ərzaq yardımı alan rayon sakinləri xüsusi karantin rejimi günlərində onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Xüsusi karantin rejimində yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlara könüllülər tərəfindən xüsusi diqqət və qayğı göstərilməklə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırılır, eyni zamanda dərman vasitələrinin alınması, evlərdə həkim müayinələrinin təşkil olunması kimi sosial xidmətlər göstərilir.
Bütün bu işlərlə yanaşı rayon ərazisində əhalinin sağlamığının qorunması məqsədilə gündəlik olaraq qrafik üzrə küçə və prospektlərin səkiləri, park və bağların ətraf əraziləri, əsasəndə binaların həyətləri, girişləri, liftlər və sakinlərin daha çox istifadə etdiyi digər yerlər təsirli kimyəvi vasitələrlə dezinfeksiya edilir.Bütün bu dezinfeksiya tədbirləri rayon ərazisində hər gün, gündə bir neçə dəfə olmaq şərti ilə davam etdirilir.

Koronavirus (Covid-19) infeksiyasının dünya üzrə elan olunmuş pandemiya dövründə ölkə əhalisinin sosial müdafisənin gücləndirilməsi, əhalinin məşğulluğunun artırılması, işsizliyin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması istiqamətində Nərimanov rayonunda da bir sıra tərbirlər keçirilməkdədir. Belə ki, 1000-dən artıq sakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İŞ Mərkəzi vasitəsilə yaradılan ictimai iş yerləri ilə təmin olunmaq üçün Nərimanov rayon Məşğulluq Mərkəzinə müraciət etmiş, onlardan 575 nəfər işsiz vətəndaşa aylıq məvacibləri ödənilməklə ictimai işlərə cəlb olunmuşdur. İşə götürülmüş şəxslər əsasən rayon ərazisində mövsümi abadlıq, yaşıllaşdırma və ümumi təmizlik işləri ilə məşğuldur.

Qeyd edək ki,Azərbaycan Respublikasnın Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq rayon ərazisində mütəmadi olaraq tibbi profilaktik dezinfeksiya işləri, vətəndaşlara tibbi maska və əlcəklərin paylanmasıvə onların sağlamlıqlarının qorunması istiqamətində bütün tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Vətəndaşlardan yaşadıqları hər hansı bir çətinlik və ya naratçılıqla bağlı rayon İcra Hakimiyyətinin 1643 qaynar xəttinə müaricət etmələri xahiş olunur.

Nərimanovda karantin rejimi ilə bağlı mühim tədbirlər
Nərimanovda karantin rejimi ilə bağlı mühim tədbirlər
Nərimanovda karantin rejimi ilə bağlı mühim tədbirlər



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...