“Təcili şəkildə Naxçıvana gediş-gəliş təmin olunsun” - Deputat

“Təcili şəkildə Naxçıvana gediş-gəliş təmin olunsun” -

“Biz xalqı bütün viruslardan və zərərvericilərdən qorumalıyıq”.

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında gündəliyin müzakirəsi zamanı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, həmkarı Siyavuş Novruzovun fikirləri ilə razıdır:

“Azərbaycan koronavirusla mübarizədə ən az itki vermiş ölkələr sırasındadır. Vətəndaşların sağlamlığı, sosial müdafiəsi, iqtisadiyyatın qorunması məqsədilə büdcədən vəsait ayrılıb. Koronavirusla mübarizə fonduna da kifayət qədər çox məbləğ yığılıb. Prezident İlham Əliyevin irəli sürdüyü “Biz birlikdə güclüyük” şüarı bu günün və gələcəyin himninə çevrildi”.

Deputat Fazil Mustafa isə bildirib ki, Naxçıvana gediş-gəlişlə bağlı məsələ ciddi problemə çevrilib:

“Bu gün pis vəziyyətdə qalan insanlar var. Ona görə təklif edirəm ki, təcili şəkildə 3-4 gün ərzində Naxçıvana gediş-gəliş təmin olunsun. Bir neçə gündən sonra təyyarə reyslərinin sayı azaldılsın. Naxçıvanla əlaqələrin tamamilə kəsilməsi gələcəkdə ciddi problemə çevrilə bilər.

Digər tərəfdən ensklopediya sahəsində bizim problemlərimiz qalmaqdadır. Bu sahəyə çox naşı münasibət var. Bu sahədə nizam yaradılması çox vacibdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
482 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...