Tbilisidə AXC-nin 102-ci ildönümü qeyd olunur

Tbilisidə AXC-nin 102-ci ildönümü qeyd olunur

Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 102-ci ildönümü qeyd olunur.

“Report”un yerli bürosu xəbər verir ki, ilk öncə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirlik əməkdaşları, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri və digər şəxslər Heydər Əliyev adına parkda ümummilli liderin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.

Tbilisinin Botanika bağındakı görkəmli azərbaycanlıların panteonu da ziyarət olunub, AXC-nin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin məzarları üzərinə gül qoyulub.

Respublika Gününə həsr olunan tədbirlər çərçivəsində səfirlik binasının qarşısında quraşdırılmış xüsusi elektron lövhədə Azərbaycana həsr olunan videoçarx təqdim olunub. AXC-nin tarixi və müasir Azərbaycan mövzusuna aid 15 dəqiqəlik videoçarx gün ərzində nümayiş etdiriləcək.

Axşam saatlarında Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
56 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...