Bakıda karantini pozan kafe sahibi həbs edildi

Bakıda karantini pozan kafe sahibi həbs edildi

Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.
"Report"un xəbərinə görə, hadisə mayın 30-u saat 22 radələrində paytaxtın Binəqədi rayonunda yerləşən "Təklə məkan" kafesində qeydə alınıb.
Belə ki, Binəqədi Rayon Polis İdarəsi Post Patrul Xidməti əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində həmin kafenin xüsusi karantin qaydalarını pozaraq fəaliyyət göstərdiyi məlum olub.
Müvafiq tədbirlərlə kafenin sahibi 1971-ci il təvəllüdlü Hüseyn Hüseynovun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokol tərtib edilib və toplanmış matereallar Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə H.Hüseynov barəsində 1 ay inzibati həbs təhbeh növü tətbiq edilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
49 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...