Tərtərdə sosial məsafə yaratmaq üçün nişanlanma işləri aparılıb

Tərtərdə sosial məsafə yaratmaq üçün nişanlanma işləri aparılıb
Tərtər rayonunda vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi üçün nişanlanma işləri aparılır. Gundeminfo.az xəbər verir ki, Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədi ilə rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə şəhərin Elman Hüseynov küçəsində yerləşən Kapital Bank və Beynəlxalq Bankın, həmçinin Heydər Əliyev prospektində yerləşən Azərpoçtun binasının qaşısında və rayon ərazisində yerləşən digər bankomatların qarşısında vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi üçün nişanlanma işləri aparılmışdır.

Tərtərdə sosial məsafə yaratmaq üçün nişanlanma işləri aparılıb



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
814 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...