Bakıda yol kəsən daha bir sürücü “lom”la hücum etdi - VIDEO

Bakıda yol kəsən daha bir sürücü “lom”la hücum etdi -

“Zirə-Pirallahı yolunda qaydaları pozaraq, əks istiqamətdə hərəkət edən sürücünün müəyyənləşdirilməsi üzrə araşdırma aparılır”.

Bunu Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, təqdim olunan video ilə bağlı araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi üçün Xəzər Rayon Polis İdarəsində müvafiq tədbirlər davam etdirilir.

Qeyd edək ki, Zirə-Pirallahı yolunda qaydaları pozaraq, əks istiqamətdə hərəkət edən sürücü ilə bağlı video yayılıb.

90 OX 705 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilin sürücüsü əvvəlcə magistral yolda əks istiqamətdə hərəkət edərək, digər sürücüyə təhlükə yaradıb. Daha sonra yoluna çıxdığı avtomobilin ardınca gedərək, onu saxlayıb.

Avtomobildən düşən sürücü nalayiq ifadələrlə digər hərəkət iştirakçısını təhqir edib. Bununla kifayətlənməyərək, əlindəki dəmir əşya ilə əvvəlcə sürücüyə hücum edib. Sonuncu hadisə yerindən uzaqlaşmaq istəyərkən qayda pozucusu avtomobilə ardıcıl zərbələr endirərək, maşının arxa faralarını sındırıb.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
504 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...