Ali Hərbi Məktəbin kursantları döyüş atışları keçiriblər - VIDEO

Ali Hərbi Məktəbin kursantları döyüş atışları keçiriblər -

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin (AAHM) tədris planı və proqramına uyğun olaraq hərbi poliqonda kursantların intensiv hazırlığı həyata keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Dərslərdən əvvəl təlim sahələrinin rəhbərləri hazırlıq məşqlərinə cəlb olunan heyəti təhlükəsizlik qaydaları, atışın şərtləri və digər tələblərlə tanış ediblər.

Kursantlar zirehli texnikadan istifadə vərdişlərini təkmilləşdirib, şərti düşmən hədəflərinin atəşlə məhv edilməsi çalışmalarını və digər praktiki tapşırıqları yerinə yetiriblər.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
528 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...