BTE-nin 64 işçisi karantindən çıxıb fabrikə işə qayıtdı - ŞÖBƏ MÜDİRİ

BTE-nin 64 işçisi karantindən çıxıb fabrikə işə qayıtdı -

Bakı Tikiş Evinin (BTE) koronavirusa yoluxduğu deyilən 64 işçisinin hamısı artıq sağlamdır.

Bu barədə məlumatı Cebhe.info-ya BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib. Onun sözlərinə görə, işçilərin hamısı hazırda iş başındadır və fabrik fəaliyyətini davam etdirir.

“Hamısı sağalıb və işdədir. Onlar koronavirusa yoluxmamışdı. Sadəcə, bu şübhə ilə karantinə yerləşdirilmişdilər. Hazırda fabrik işləyir”.

Qeyd edək ki, bir nəfər həkim koronavirusa yoluxub. Həmin həkim Bakı Tikiş Evinin işçisinin anasını yoluxdurub və beləliklə, işçilər arasında yoluxma şübhəsi yaranıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
504 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...