Azərbaycanda həkim koronavirusdan vəfat etdi

Azərbaycanda həkim koronavirusdan vəfat etdi
Bakıda həkim anestezioloq-reanimatoloq Ceyhun Hacıyev vəfat edib.

“Report” xəbər verir ki, deputat Qənirə Paşayeva həkimin koronavirusdan dünyasını dəyişdiyini bildirib.

Deputat qeyd edib ki, C.Hacıyev təhlükəli virusa rayona yas mərasiminə gedərkən yoluxub və əlamətlər hiss ediləndən sonra xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ceyhun Hacıyev 1990-1997-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində təhsil alıb. 1998-2015-ci illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışıb. 2015-ci ildən özəl klinikların birində fəaliyyət göstərib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3712 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...