STAR neft idxalını 2,5 dəfə artırıb

STAR neft idxalını 2,5 dəfə artırıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə (İzmir, Əliağa bölgəsi) yerləşən STAR neft emalı zavodu üçün 3,4 mln ton neft alınıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Bu göstərici ötən ilin müvafiq dövründən 2,5 dəfə artıqdır.

Hesabat dövründə STAR-da 3,443 mln ton həcmində neft məhsulları istehsal olunub.

Zavodda bu ilin dörd ayı ərzində 1,9 mln ton dizel yanacağı, 13 485 ton mazut, 272 064 ton reaktiv yanacaq, 408 513 ton nafta, 234 558 ton neft koksu və digər məhsullar istehsal edilib.

İlin dörd ayında STAR zavodundan 680 765 ton həcmində neft məhsulları ixrac olunub. İxrac olunan məhsulun 650 796 tonu dizel yanacağı, 29 968 tonu reaktiv yanacağın payına düşüb.

Xatırladaq ki, 2018-ci il oktyabrın 19-da STAR-ın açılış mərasimi keçirilib. Zavodun təməli 2011-ci il oktyabrın 25-də qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavod ildə 10 mln ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
821 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...