12 gün süni nəfəs aparatında qalan koronavirus xəstəsi sağalaraq evə buraxılıb VİDEO

12 gün süni nəfəs aparatında qalan koronavirus xəstəsi sağalaraq evə buraxılıb
Mərkəzi Gömrük Hospitalında 12 gün süni nəfəs aparatında qalan koronavirus xəstəsi sağalaraq evə buraxılıb.

“Report” xəbər verir ki, sağalan şəxs Bəhruz Məhərrəmovdur.

O, bu gün jurnalistlərə açıqlamasında iyunun 17-də xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib:

“Təngnəfəs olmuşdum, özümdə deyildim. Ondan bir həftə əvvəl evdə qızdırmam oldu. Istədim evdə özümü müalicə edəm, amma təngnəfəs oldum. Dayana bilmədim, təcili yardımla gəldi bura. 12 gün süni nəfəs aparatında qaldım. Sonra aparatdan ayırıldım. İndi özümü yaxşı hiss edirəm”.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
569 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...