Bakıda gölü qurutmaqla aparılan tikinti işləri dayandırılıdı - VİDEO

Bakıda gölü qurutmaqla aparılan tikinti işləri dayandırılıdı -

Paytaxtın Yasamal rayonu ərazisində göl yaxınlığında aparılan tikinti işləri dayandırılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O bildirib ki, paytaxtın Yasamal rayonu ərazisində, “Tri korona” yaşayış kompleksinin arxasındakı gölün qurudulması və ərazidə tikinti işlərinin aparılması ilə bağlı daxil olan şikayət ETSN-nin əməkdaşları tərəfindən araşdırılıb:

“Ərazidə tikinti işləri dayandırılıb və faktla bağlı akt tərtib olunub. Təqsirkarlar barəsində müvafiq tədbirlər görüləcək”.

Xatırladaq ki, sözügedən ərazidəki gölün qurudulması və yerində yaşayış binasının tikiləcəyi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər paylaşılıb. Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti isə görüntülərin köhnə olduğunu demişdi.






Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
494 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...