Azərbaycanda boşanmaların sayı artıb

Azərbaycanda son 6 il ərzində boşanma hallarının sayı artıb.

Unikal.org-un məlumatına görə, ötən il Azərbaycanda 17 148 boşanma halı baş verib ki, bu da son 6 il üzrə ən yüksək göstəricidir.

Azərbaycanda boşanmaların sayı artıb
Ölkədə 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114, 2017-ci ildə 14 514, 2018-ci ildə 14 857 boşanma halı baş verib.

Əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 2014 və 2015-ci ildə 1,3, 2016-cı ildə 1,4, 2017 və 2018-ci illərdə 1,5, 2019-cu ildə 1,7 olub.

Ötən il ərzində Azərbaycanda nikaha daxil olanların sayı 2017 və 2018-ci ilə nisbətən çox olsa da, bu rəqəm 2014-cü ildəki göstəricini üstələyə bilməyib.

2017-ci ildə Azərbaycanda 62 923, 2016-cı ildə isə 66 771 nəfər, 2015-ci ildə 68 773, 2014-cü ildə 84 912 nəfər nikah bağlayıb. Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 2014-cü ildə 9, 2015-ci ildə 7,2, 2016-cı ildə 6,9, 2017-ci ildə 6,5, 2018-ci illərdə 6,4, 2019-cu ildə 6,4 olub.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin məlumatına görə, boşanmaların səbəbləri xasiyyətlərin tutmaması, uşaqlarının olmaması, ailədaxili zorakılıq, xəyanət, qısqanclıq, xəstəlik, milli zəmin, sərxoşluq, narkomaniya, maddi durum, mənzilin olmaması, ərin (arvadın) əlilliyi, uzun müddət ayrı yaşamaq, oğurluq və kənar müdaxilələrdir.

Daha çox boşanmalar isə xasiyyətlərinin uyğunsuzluğu səbəbindən baş verib.

2019-cu ildə 12 560 nikah xasiyyətlərinin tutmamasına, 793 nikah xəyanətə, 724 nikah uşaqlarının olmamasına, 709 nikah ailədaxili zorakılığa, 654 nikah maddi duruma, 605 nikah isə qısqanclığa, qalanları isə sərxoşluq və digər səbəblərə görə pozulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
467 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...