Azərbaycanda daha bir həkim koronavirusdan ölüb - FOTOLAR

Azərbaycanda daha bir həkim koronavirusdan ölüb -

Azərbaycanda daha bir həkim COVID-19-un qurbanı olub. "Report" xəbər verir ki, bu barədə onun tanışları məlumat verib.

Onların sözlərinə görə, 7 saylı Doğum evində və "German" hospitalda cərrah mama-ginekoloq kimi çalışmış Valiyə Peykər COVID-19-dan dünyasını dəyişib.

Qeyd edək ki, o, bir neçə gün əvvəl koronavirusa yoluxmuşdu. Bütün səylərə baxmayaraq Valiyə Peykərin həyatını xilas etmək mümkün olmayıb.

Bununla da Azərbaycanda koronavirusdan ölən həkimlərin sayı 25 nəfərə çatıb. Xatırladaq ki, daha bir həkim ölkədən kənarda COVID-19-dan dünyasını dəyişib.


Azərbaycanda daha bir həkim koronavirusdan ölüb -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
480 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...