Cənubi Koreya Rusiya ilə aviareysləri bərpa edir

Cənubi Koreya Rusiya ilə aviareysləri bərpa edir
Avqustun 1-dən Cənubi Koreya Rusiya ilə aviareysləri bərpa etməyi planlaşdırır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, ilk növbədə, ölkənin İnçxon şəhərindən Rusiyanın paytaxtı Moskvaya uçuşlar bərpa olunacaq. Aviareyslər həftədə bir dəfə həyata keçiriləcək. Bununla belə, iki ölkə arasında hələ ki yazılı razılıq yoxdur.

Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın Baş Nazirinin müavini Tatyana Qolikova bildirib ki, avqustun 1-də 3 ölkə Rusiyadan olan turistlər üçün qapılarını açacaq. Bunlar Böyük Britaniya, Türkiyə və Tanzaniyadır. Tədricən bu siyahı genişlənəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
478 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...