Pandemiyaya görə türkiyəli həkimləər Bakıda işə başladı

Pandemiyaya görə türkiyəli həkimləər Bakıda işə başladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha verdiyi göstərişə uğun olaraq yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə daha bir qrup əcnəbi tibb mütəxəssisi Azərbaycana dəvət edilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, Agentliyin təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə sözügedən sahədə çalışan qardaş Türkiyənin “Acıbadem” xəstəxanalar və tibb mərkəzləri qrupundan mütəxəssislər cəlb olunublar. Onlar koronavirusla mübarizə sahəsində çalışmış və xəstəliyin müalicəsində geniş təcrübə qazanmış yüksəkixtisaslı həkim və tibb bacılarından ibarətdir.

Türkiyədən dəvət edilmiş həkim və tibb bacıları ölkəmizdə koronavirusla mübarizəyə ayrılmış “Yeni Klinika” tibb müəssisəsində olacaq, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışacaqlar. Onlar koronavirusa yoluxan və ağır simptomları olan xəstələrin müalicəsində yerli mütəxəssislərə dəstək olacaqlar.

Qeyd edək ki, Agentlik ilk günlərdən ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək olur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
399 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...