Məsuliyyət sahibkarların üzərinə düşəcək - Baş nazirdən XƏBƏRDARLIQ

Məsuliyyət sahibkarların üzərinə düşəcək -
“Qəbul olunmuş qaydalara əməl olunmasına əsas məsuliyyət daşıyan orqanlar kimi şəhər və rayon İcra hakimiyyətləri, hüquq-mühafizə orqanları-Prokurorluq, DİN, DTX, səhiyyə strukturları və fəaliyyətinə icazə verilmiş sahələrdəki sahibkarlardır. Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara görə məsuliyyət tam olaraq sahibkarların üzərinə düşəcək”.

Gundeminfo.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə əlaqədar keçirilən Respublika videomüşavirəsində Baş Nazir Əli Əsədov deyib.

O qeyd edib ki, şəhər və rayonlarda yoluxma hallarının artması tendensiyası müşahidə olunduğu təqdirdə şəhər və rayon rəhbərliyi əlaqələndirici qurum olaraq nəzarət mexanizmlərini daha da gücləndirməlidir: “Proses dövlət başçısı tərəfindən nəzarətdə saxlanılır. Hökumət vəziyyətə dair mütəmadi olaraq Prezidentə məruzə edəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
744 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...